XXV tura start veriləcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXV tura start veriləcək. SİA-nın məlumatına görə, ilk oyun günündə iki görüş baş tutacaq. Turun açılış matçı Gəncədə "Kəpəz" ilə "Neftçi" arasında keçiriləcək. Yaxın keçmişdə çempionluq uğrunda mübarizə aparan kollektivlər indi son pillələrdə qərarlaşıblar və Avrokuboka vəsiqə verən 4-cü yeri tutmağa can atırlar. Həftənin əsas oyunu Tofiq Bəhramov adına Respublika stadionunda olacaq. 52 xalla 1-ci pillədə qərarlaşan "Qarabağ" 4 xal qabaqladığı ən yaxın izləyicisi "Qəbələ"ni qəbul edəcək. Qeyd edək ki, XXV tura aprelin 10-da keçiriləcək "Zirə" – "İnter" və AZAL - "Sumqayıt" qarşılaşmaları ilə yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə