Azad Rəhimov: "İndoneziyadan futbol yarışında iştirak haqqında rəsmi bildirişi vaxtında ala bilmədik"
"İndoneziyanın komandalarını "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında görəcəyimizdən çox şadıq və onları Azərbaycanda salamlamağı səbirsizliklə gözləyirik". SİA-nın məlumatına görə, bunu gənclər və idman naziri, "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov deyib.
O, IV İslam Həmrəyliyi Oyunlarının futbol yarışlarında İndoneziya komandasının iştirak etməməsinin həmin ölkənin rəsmi bildirişi vaxtında göndərməməsi ilə əlaqədar olduğunu qeyd edib: "Təəssüflə qeyd etməliyəm ki, biz İndoneziyanın məsul qurumlarından futbol yarışında iştirak haqqında rəsmi bildirişi vaxtında ala bilmədik. Ona görə onlar futbol yarışında iştirak edən ölkələr siyahısına daxil edilməyiblər. Bu gün axşam futbol yarışlarının püşkü atılacaq. Ona görə siyahıda dəyişiklik edilə bilməz".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB