UEFA "Partizan"ın cəzasını ləğv etdi

UEFA "Partizan"ın cəzasını ləğv etdi

UEFA "Partizan"ın 3 il müddətinə avrokuboklardan kənarlaşdırılması ilə bağlı cəzanı ləğv edib. SİA-nın məlumatına görə, bu barədə Beynəlxalq İdman Arbitraj Məhkəməsinin saytında xəbər dərc olunub. Belqrad klubu yeni mövsümdən avrokuboklarda iştirak edə biləcək.

"Partizan" Beynəlxaq İdman Arbirtaj məhkəməsinə müracət edərək borclarını ödəyəcəyini bildirib. Serbiya təmsilçisi öhdəliklərini yerinə yetirdikdən sonra UEFA kluba verdiyi cəzanı ləğv edib.

Qeyd edək ki, "Partizan" hal-hazırda Serbiya çempionatında ikinci pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə