İngiltərənin "Arsenal" klubu "Barselona"nın futbolçusu Arda Turanı heyətinə cəlb etmək istəyir. Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, London təmsilçisi yayda türkiyəli yarımmüdafiəçini transfer etməyi planlaşdırır. "Topçular" 30 yaşlı futbolçu üçün "Barsa"ya 25 milyon funt sterlinq ödəməyə hazırdır.
Qeyd edək ki, "Barselona" ilə müqaviləsi 2020-ci ildə başa çatacaq Arda Turan Kataloniya klubundan ayrılmağı düşünmədiyini açıqlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB