"Rəqibin oyunlarını izləmişdik. Nəyə qadir olduqlarını bilirdik. Texniki futbola üstünlük verən komanda idi". SİA-nın məlumatına görə, bunu futbol üzrə Azərbaycan milli komandasının üzvü Cavid Hüseynov Qətərlə yoldaşlıq oyunu (1:2) haqda açıqlamasında deyib.
O, səfərdəki qarşılaşmanın çətin keçəcəyini öncədən bildiklərini vuğulayıb: "Oyun mətin keçdi. Yaratdığımız imkanlardan istifadə edib qələbə qazanmağı bacardıq. Öz oyunum haqda nə isə deməyim düzgün olmaz. Yaxşı olar ki, bu barədə mütəxəssislər fikir bildirsinlər. Komandaya yeni cəlb olunan gənc futbolçular da özlərini yaxşı tərəfdən göstərməyə çalışdılar. İndi bizi Almaniya ilə çətin oyun gözləyir. Əlbəttə, əlimizi-qolumuzu sallamaq fikrimiz yoxdur. Rəqibin adından asılı olmayaraq, nəticə qazanmaq istəyirik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB