Topaz Premyer Liqasının 17-ci turunda bu gün "Neftçi" ilə qarşılaşacaq "İnter" oyuna ciddi itki ilə çıxacaq. SİA-nın məlumatına görə, komandanın yarımmüdafiəçisi Elnur Abdullayev sarı vərəqə limitini doldurduğundan bugünkü qarşılaşmanı buraxacaq.
Bundan başqa, məşq zamanı zədələnən müdafiəçi Zurab Xizanaşvili də "Neftçi" ilə görüşdə iştirak etməyə bilər. Ayağında ağrıları olan gürcüstanlı futbolçunun meydana çıxacağı sual altındadır.
Qeyd edək ki, bu gün keçiriləcək "İnter" – "Neftçi" oyunu saat 17:30-da başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB