"Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarının idmançı və ulduz səfirlərinin mətbuat konfransı keçirilib. SİA-nın məlumatına görə, konfransda "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin rəsmisi Tural Qənbərov, tanınmış cüdoçu Rəsul Çunayev, futbolçu Ruslan Abışov, karateçi İlahə Qasımova və müğənni Tünzalə Ağayeva iştirak edib.
T.Qənbərov "Bakı 2017"nin təbliğat işlərində istifadə olunacaq "Grassroots" proqramı haqqında ətraflı məlumat verib. O proqramın əhəmiyyətindən danışıb.
İdmançılarımız "Bakı 2017"nin səfirləri seçildiklərinə görə qürur hissi keçirdiklərini, Oyunlarının təbliğatı üçün əllərindən gələni edəklərini bildiriblər.
T.Ağayeva IV İslam Həmrəyliyi Oyunlarının könüllüləri ilə birlikdə təbliğat məqsədli layihə həyata keçirəcəyini, "Bakı 2017"yə yeni mahnı həsr edəcəyini bildirib.
Qeyd olunub ki, "Grassroots" proqramı çərçivəsində Oyunların idmançı və ulduz səfirləri Azərbaycanın hər bir regionunda "Bakı 2017"nin təbliğatını həyata keçirəcək, müxtəlif layihələrlə IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə təşkilinə öz töhfələrini verəcəklər.
Xatırladaq ki, "Bakı 2017"nin ulduz səfirləri sırasında müğənni Tünzalə Ağayeva, aktyorlar Rafael İsgəndərov və Coşqun Rəhimov, xeyriyyəçi və televiziya aparıcısı Hacı Nuran və "Muğam müsabiqəsi–2011"in qalibi Mirələm Mirələmov yer alır.
Oyunları idmançı səfirlər olaraq isə Rəsul Çunayev (yunan-roma güləşi), Rüstəm Orucov (cüdo), Rafael Ağayev (karate), Hacı Əliyev (sərbəst güləş), İlham Zəkiyev (paracüdo), Radik İsayev (taekvondo), Kamran Şahsuvarlı (boks), Fəridə Əzizova (taekvondo), İlahə Qasımova (karate), Ruslan Abışov (futbol), Leyla Cavadova (boks), Elmar Qasımov (cüdo), Nazim Babayev (atlet) və Aynur Rzayeva (boks) təmsil edəcəklər.

.jpg)

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB