"Neftçi” daha bir transfer həyata keçirib

"Neftçi” daha bir transfer həyata keçirib

"Neftçi" qış transfer dönəmində sonuncu transferini həyata keçirib. SİA-nın məlumatına görə, ispan hücumçu Daniel Seqoviya ilə ilyarım müddətinə müqavilə bağlanıb.

Sonuncu klubu "Sankt-Pyolten"də (Avstriya) 66 oyunda meydana çıxan futbolçu 29 qola imza atıb. 31 yaşlı hücumçu bunadək isə İspaniyanın "Rayo Valekano", "Fuenlabrada", "Alxesiras", "Real Saraqosa" B, "Atletiko Pinto", "Konkense", "Atletiko Baleares", Fransanın "Olimpik Marsel" B, Avstriyanın "Admira Vakker" və "Volfsberger" klublarında oynayıb. Daniel Seqoviya "Neftçi"də 12 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, bundan öncə "Neftçi" Namiq Ələsgərov, Georgi Navalovski, Zdenek Folprext, İqnasio Herrera, Kirill Petrov, Pavel Dreksa, Ruslan Abışov və Hüqo Barqası transfer edib.

Bütün xəbərlər Facebook səhifəmizdə