Saşa Stamenkoviç: Burda insanlarla münasibət əladı

Saşa Stamenkoviç: Burda insanlarla münasibət əladı

"Hər bir çempionat arasında fərqlilik və oxşarlıq var. Məsələn, Azərbaycanda çoxlu gənc yaxşı futbolçu yetişib, eyni zamanda Qazaxistanda da".

Qol.az-ın xəbərinə görə, bu sözləri "Neftçi"nin sabiq qapıçısı, hazırda Qazaxıstanın "Okjetpes" klubunda çıxış edən Saşa Stamenkoviç bildirib. Serbiyalı qapıçı Qazaxıstan mətbuatına açıqlamasında deyib ki, iki ölkə futbolu arasındakı fərqlərdən biri də statistik göstəricilərdədir:

"Astana" Çempionlar Liqasının qrupunda oynayıb, amma Azərbaycan klubları hələ bu uğura nail ola bilməyiblər. Amma Avroliqada Azərbaycan klublarının təcrübəsi çoxdur. Biz 2012-ci ildə "Neftçi" ilə tarix yazaraq ilk dəfə Avropa Liqasının qrupuna düşdük. Sonra daha iki Azərbaycan klubu bu uğuru təkrarladı. Amma əgər soruşşanız ki, mənə harda yaxşıdı, Qazaxıstanda cavabını verərdim. Burda insanlarla münasibət əladı. Bu, birinci məsələdi. Sonra isə futbol gəlir".

S.Stamenkoviç "Neftçi"nin "Qəbələ"yə 0:8 hesablı məğlubiyyətindən sonra klubun rəhbərliyini sərt tənqid etməsinə də toxunub: "Həmin məğlubiyyət məni məyus etdi. Ona görə də verdiyim açıqlama ilə vəziyyəti dəyişmək istədim. Çox adam onda fikirlərini dedi. Fikrimcə, o vaxtdan sonra bəzi məqamlar dəyişməyə başladı və "Neftçi" yaxşı çıxış etdi".

Bütün xəbərlər Facebook səhifəmizdə