“Səbail” 2 futbolçu transfer edib

“Səbail” 2 futbolçu transfer edib

İkinci dövrənin hazırlıqlarını davam etdirən "Səbail" klubu qış fasiləsində ilk transferlərini gerçəkləşdirib. SİA-nın məlumatına görə, paytaxt klubu Aslan Hüseynovu heyətinə qatıb. 22 yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalanıb. Son klubu "Rəvan" olan futbolçu bir müddət "Neftçala"nın da formasını geyinib. A.Hüseynov eyni zamanda dəfələrlə U-17 millimizin heyətində çıxış edib.

Son klubu "Zaqatala" olan Ruslan Tağızadə də qış fasiləsindən sonra "Səbail"in şərəfini qoruyacaq. 23 yaşlı sağ cinah müdafiəçisi 1,5 illik müqaviləyə qol çəkib. U-17, U-19 və U-21 millilərimizin də şərəfini qorumuş R.Tağızadə karyerası ərzində "Neftçi", "Abşeron", "Sumqayıt", AZAL, "Qəbələ" və "Zaqatala"da oynayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə