"Qəbələ" Qazaxıstan klubu ilə qarşılaşacaq

"Qəbələ" Qazaxıstan klubu ilə qarşılaşacaq

"Qəbələ"nin Antalyada qış təlim-məşq toplanışı çərçivəsində yoxlama oyunu keçirəcəyi daha bir rəqibi müəyyənləşib. SİA-nın məlumatına görə, "qırmızı-qaralar" Qazaxıstanın "Ordabaşı" klubu ilə qarşılaşacaq. Matç yanvarın 19-u keçiriləcək.

Qeyd edək ki, bundan əvvəl "Qəbələ"nin yanvarın 13-ü "Partizani" (Albaniya), yanvarın 18-i "Qaz Metan" (Rumıniya) və yanvarın 23-ü isə "Şkendiya" (Makedoniya) ilə oynayacağı açıqlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə