Ronaldo ilin ən yaxşı idmançısı seçilib

Ronaldo ilin ən yaxşı idmançısı seçilib

Avropa informasiya agentlikləri arasında keçirilən sorğuda İspaniyanın "Real Madrid" klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldo 2016-cı ilin ən yaxşı idmançısı seçilib. SİA-nın məlumatına görə, 27 informasiya agentliyinin iştirak etdiyi sorğuda 31 yaşlı hücumçu ingiltərəli tennisçi Endi Marreyi qabaqlayıb.

Cari ildə K.Ronaldo İspaniyanın "Real Madrid" komandasının heyətində UEFA Çempionlar Liqasının və klublararası dünya çempionatının qalibi olub. Portuqaliyalı ulduz, həmçinin milli komanda ilə Avropa çempionu titulunu qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə