Binə Atçılıq Mərkəzinin qapalı manejində çövkən milli atüstü oyunu üzrə "Prezident Kuboku" turnirinin yarımfinal mərhələsinə yekun vurulub. Yarımfinal mərhələsinin ilk oyununda "Sərhədçi" və "Qarabağ" komandaları mübarizə aparıblar. Görüş "Sərhədçi" komandasının 2:0 hesablı qələbəsi ilə başa çatıb. Yarımfinalın digər görüşündə isə "Polad" komandası "Köhlən" kollektivini 5:1 hesabı ilə məğlub edib.
Dekabrın 28-də saat 15:00-da üçüncü yer uğrunda görüşdə meydana "Qarabağ" və "Köhlən" komandaları çıxacaqlar. Saat 16:00-da keçiriləcək final qarşılaşmasında isə "Sərhədçi" və "Polad" komandaları üz-üzə gələcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB