“Neftçi” Antalyada daha bir türk klubu ilə qarşılaşacaq

“Neftçi” Antalyada daha bir türk klubu ilə qarşılaşacaq

Qış fasiləsini Türkiyədə keçirəcək "Neftçi"də Antalya planlarının bəzi detalları üzə çıxıb. Klubun mətbuat xidmətinin rəhbəri Mehman Rəsulovun apasport.az saytına verdiyi məlumata görə, "ağ-qaralar" qardaş ölkədə 17 gün keçirəcək. Belə ki, yanvarın 3-ü gecə yola düşəcək komanda vətənə ayın 20-də dönəcək. Türkiyədə olduğu müddətdə 4 və ya 5 yoxlama oyunu keçirməyi planlaşdıran paytaxt klubunun ilk rəqibi bir neçə gün öncədən bəlli idi. Belə ki, "Neftçi" rəsmi saytı vasitəsilə yanvarın 8-də Türkiyə I liqa təmsilçisi "Sivasspor"la qarşılaşacağını açıqlamışdı.

Maraqlıdı ki, klubun digər rəqiblərindən biri də qardaş ölkə təmsilçisi ola bilər. Hələlik adı açıqlanmasa da, "ağ-qaralar" daha bir Türkiyə klubu danışıqlar aparır. Böyük ehtimalla razılıq əldə olunacaq və "Neftçi"nin növbəti rəqibi də yerli komanda olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə