Xekkinq “Borussiya”nın sükanı arxasına keçdi

Xekkinq “Borussiya”nın sükanı arxasına keçdi

Almaniyanın "Borussiya" (Mönhenqladbax) klubunun yeni baş məşqçisi müəyyənləşib. Klubun rəsmi saytı xəbər verir ki, "Volfsburq" komandasının sabiq çalışdırıcısı Diter Xekkinq Mönhenqladbax təmsilçisinin sükanı arxasına gətirilib. O, bu postda ötən gün istefaya göndərilən Andre Şuberti əvəzləyib.

"Borussiya"nın idman direktoru Maks Eberl yeni təyinatla bağlı fikrini bölüşərkən deyib: Biz inanırıq ki, Xekkinq düzgün seçimdır. Onun müxtəlif komandalarla yüksək səviyyədə iş bacarığı var. Bu baxımdan Xekkinq bizə uyğun baş məşqçidir".

Məlumat üçün qeyd edək ki, almaniyalı mütəxəssis bundan əvvəl çalışdırdığı "Volfsburq" ilə UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinədək irəliləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə