“Barselona”nın futbolçusu "El Klassiko"nu buraxacaq

“Barselona”nın futbolçusu "El Klassiko"nu buraxacaq

"Barselona"nın zədəli futbolçusu Jeremi Matyenin "Real"la oyunu buraxacağı dəqiqləşib. Bu barədə katalon klubunun saytı xəbər yayıb. Fransalı müdafiəçinin 2-3 həftə meydana çıxa bilməyəcəyi məlum olub. "Barsa"dan Andres İnyesta, Samuel Umtiti, Jordi Albanın da zədə səbəbindən bu vacib görüşdə iştirak etməyəcəyi bəlli idi.

Qeyd edək ki, dekabrın 3-də keçiriləcək "Barselona" – "Real" oyunu Bakı vaxtı ilə saat 19:15-də başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə