"Atletiko"nun prezidenti Enrike Sereso komandanın qol silahı Antuan Qrizmannın klubdan ayrılacağı iddialarına münasibət bildirib. İspaniya mətbuatının yazdığına görə, klub prezidenti son zaman adı "Real" və "Mançester Yunayted"lə hallanan fransalı oyunçunun komandada qalacağını deyib: "Qrizmann nə "Real"a, nə də başqa kluba transfer olunacaq". Qeyd edək ki, A.Qrizmann 2014-cü ildən "Atletiko"da çıxış edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB