Ufuk Budağın komandası Super Liqada qələbə qazandı

Ufuk Budağın komandası Super Liqada qələbə qazandı

Türkiyə Super Liqasında 8-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Ufuk Budağın komandası - "Kayserispor" da növbəti matçına çıxıb. Sözügedən klub səfərdə "Qaziantepspor"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 2:1. Ufuk bu görüşə start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub.

Qeyd edək ki, "Kayserispor" 8 turdan sonra 8 xalla 18 klub arasında 11-ci pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə