AFFA qazancını açıqladı

AFFA-nın DÇ-2018-in seçmə mərhələsində keçirilən Azərbaycan – Norveç oyununda qazandığı məbləğ açıqlanıb. Qol.az-ın qrumun saytına istinadən yaydığı xəbərə görə, oktyabrın 8-də Bakı Olimpiya Stadionunda keçirilən görüşün bilet satışından 42 min 584 AZN (ƏDV daxil) əldə edilib. Qeyd edək ki, millimiz Norveçlə oyunda 1:0 hesablı qələbə qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə