Avropa Liqası turnirinin qrup mərhələsində çıxış etməsi ilə əlaqədar hər bir kluba UEFA-nın ayırdığı vəsait AFFA tərəfindən, müvafiq olaraq, "Qarabağ" və "Qəbələ" klubunun hesabına köçürülüb. AFFA-nın rəsmi saytının yaydığı xəbərə görə, hər bir kluba 2 milyon 600 min avro ödənilib.
Qeyd edək ki, komandalarımız qrup mərhələsində iki oyun keçirib. "Qarabağ"ın aktivində 1 xal var. "Qəbələ" isə hələlik xal qazanmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB