Bir çox jurnalistin buraxılmadığı Azərbaycan – Almaniya oyunundan sonra təşkil olunmuş mətbuat konfransında Azərbaycan millisinin baş məşqçisi Berti Foqtsun səsləndirdiyi fikirləri siasport.az saytı AFFA-nın rəsmi saytına istinadən nəzərinizə çatdırır: "Düşünürəm ki, Almaniya yığması belə oynamaqda davam etsə, Avropa çempionu olacaq. Bizim oyunumuza gəlincə, ilk 30 dəqiqədə yaxşı çıxış etsək də, sonra aqressiv ola bilmədik. Almaniya millisi kimi komandalar belə səhvləri bağışlamır. Üçüncü qol isə məni çox təəssüfləndirdi. Artıq neçənci dəfədir ki, əlavə dəqiqələrdə qol buraxırıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB