Carı ilin fevralında futbol üzrə Çin milli komandasında baş məşqçi postuna gətirilən Qao Humbo istefa verib. SİA-nın məlumatına görə, çalışdırıcı 2018-ci il dünya çempionatı seçmə mərhələsi çərçivəsində komandasının Asiya qrupunda üzləşdiyi son məğlubiyyətdən sonra bu addımı atıb. Son turda Özbəkistan doğma meydanda Çinə 2:0 hesabı ilə qalib gəlib.
"Qərarımı Çin Futbol Assosiasiyasınin rəhbərliyi ilə əvvəlcədən müzakirə etmişdim. Bildirmişdim ki, əgər son görüşdə milli komanda müsbət nəticə əldə etməzsə, bu postu tərk edəcəyəm", - deyə Humbo diqqətə çatdırıb.
Qeyd edək ki, Çin yığması seçmə mərhələdə dörd turdan sonra cəmi bir xalla sonuncu pillədə qərarlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB