"Neftçi" İdman Klubunun təmsilçiləri ilin doqquz ayı ərzində göstərdikləri əzmkarlıq sayəsində böyük uğurlara imza atıblar. SİA-nın məlumatına görə, idmançılar bu müddət ərzində ölkədaxili və beynəlxalq səviyyəli yarışlarda 341-i qızıl, 258-i gümüş və 313-ü bürünc olmaqla, ümumilikdə 912 medala sahib olublar.
Klubun təmsilçiləri Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında 5 (3 gümüş, 2 bürünc), Rio Paralimpiadasında isə 8 (1 qızıl, 6 gümüş, 1 bürünc) medal qazanıblar.
"Neftçi" İK-nın yetirmələri dünya yarışlarında 18 (7 qızıl, 6 gümüş, 5 bürünc), Avropa yarışlarında 88 (34 qızıl, 13 gümüş, 41 bürünc), beynəlxalq turnirlərdə isə 193 medala (70 qızıl, 63 gümüş, 60 bürünc) yiyələniblər. Respublika yarışlarında 288 medal (113 qızıl, 73 gümüş, 102 bürünc) əldə edən atletlər, paytaxt turnirlərində 192 (62 qızıl, 62 gümüş, 68 bürünc), digər yarışlarda isə 120 medala (54 qızıl, 32 gümüş, 34 bürünc) sahib olublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB