Bernhard Lippert: "Bir topa görə, yeni futbolçular haqda nəsə demək istəmirəm"
Lənkəran şəhər mərkəzi stadionunda 21 yaşadək futbolçulardan ibarət Azərbaycan və Moldova yığma komandaları arasında keçirilmiş yoldaşlıq oyunundan sonra yığmamızın baş məşqçisi Bernhard Lippert fikirlərini bildirib. Siasport.az saytı baş məşqçinin fikirlərini nəzərinizə çatdırır: "Maraqlı oyunun şahidi olduq. Həm çoxlu qol epizodu yaratdıq, həm də kombinasiyalar qurduq. Rəqibimizin güclü olmasına baxmayaraq, son 15 dəqiqə istisna olmaqla, yaxşı oynadıq. Orxan Həsənov oyuna girdikdən sonra, irəli daha çox çıxdıq. Bir topa görə, yeni futbolçular haqda nəsə demək istəmirəm. Seleksiya işlərini bundan sonra da davam etdirəcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB