Artıq Almaniya Bundesliqasına vida edən "Ayntraxt Frankfurt"un keçmiş baş məşqçisi Mixael Skibbe, alman klubundakı sələfi Kristof Daumu "topa tutub". Siasport.az saytı xəbər verir ki, bir müddət İstanbulun "Qalatasaray" futbol klubunun da baş məşqçisi olmuş M.Skibbe, ondan sonra alman klubuna baş məşqçi təyin olunan "Fənərbaxça"nın eks çalışdırıcısı K.Daumun, komandanın Bundesliqada qalması üçün heç bir iş aparmadığını, olan-qalan futbolçuları da ehtiyat oyunçular skamyasında "çürütdüyünü" bildirib:
"Təsəvvür edə bilmirəm ki, Kristof Daum kimi bir təcrübəli mütəxəssis bunu edə bilsin. Komanda artlq birinci dəstəyə yuvarlanmaq üzrədir, sən təcrübəli oyunçuları ehtiyat oyunçular skamyasında saxla, gəncləri isə prinsipial qarşılaşmalara burax. Bu təcrübə meydanıdır? Düzdür, komandanın uğursuzluğunda mənim də günahım var. Amma son 4-5 qarşılaşmada buraxılan səhvlər kluba ölümcül zərbə vurdu"-deə M.Skibbe bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB