Bu mövsüm Azərbaycan kubokunda və Premyer Liqada uğursuz çıxışı ilə yadda qalan paytaxtın "Bakı" klubu gələcək mövsüm hazırlıqlarına indidən start verib. Siasport.az saytı xəbər verir ki, "zolaqlılar"ın baş məşqçisi Aleksandr Starkov artıq futbolçu axtarışına çıxıb. Latviyalı mütəxəssis Premyer Liqanın 31-ci turunda "Xəzər Lənkəran"la oyundan dərhal sonra səfərə çıxıb. Məlumatlı mənbənin sözlərinə görə, ilk öncə istiqamət Slovakiyaya, daha sonra isə Polşaya olub. Starkov sözügedən ölkələrə futbolçu bəyənmək üçün yollanıb. Ancaq 55 yaşlı çalışdırıcının həmin ölkələrdə futbolçu bəyənib-bəyənmədiyi haqda hələlik heç bir dəqiq məlumat yoxdur.
Sonda maraq üçün bildirək ki, Aleksand Starkov dünən axşam saatlarında Bakıya qayıdıb.//stadium.az
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB