”Milan” “Neftçi”ni təbrik etdi

”Milan” “Neftçi”ni təbrik etdi

Bakının "Neftçi" futbol klubunun mövsümün sonuna 3 tur qalmış Azərbaycan çempionu olması, Avropada da diqqətlə izlənilir. Siasport.az saytı xəbər verir ki, artıq Avropanın nəhəng klublarından olan "Milan" futbol klubunun vitse-prezidenti Adriano Qallianinin imzası ilə \"Neftçi\"nın prezidenti Sadıq Sadıqova təbrik məktubu göndərilib. A.Qalliani, "ağ qaralar"ın çempionluğunu yüksək qiymətləndirib və Bakı klubuna Çempionlar Liqasında ugurlar arzu edib: \"A.C. Milan\" ailəsi adından Sizi 6-cı dəfə çempionluq titulu qazanmağınız münasibətilə təbrik edirik\". Xatırladaq ki, \"Milan\" dünyanın ən titullu klublarından biridir. 1899-cu ildə əsası qoyulan bu komanda 17 dəfə İtaliya çempionu, 5 dəfə İtaliya kuboku, 5 dəfə İtaliya Superkuboku, 7 dəfə Çempionlar Liqası, 5 dəfə UEFA Superkuboku və 2 dəfə UEFA Kuboklar Kubokunun qalibi olub. Bundan başqa, Milan şəhərinin eyniadlı təmsilçisi 2007-ci ildə FİFA klublararası dünya çempionatında da qızıl medallara sahib çıxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə