"Real" və "Barselona" niyə uduzdular?

"Real" və "Barselona" niyə uduzdular?

İspaniya La Liqasının artıq arxada qalan turu da sensasiyalarla və vurulan qollarla zəngin olub. Siasport.az saytı xəbər verir ki, tura "Espanyol" - "Atletik" matçı ilə yekun vurulub. Qarşılaşmada qələbə qazanan "Espanyol", bununla da "Atletik"lə xal fərqini 3-ə endirib. Bundan əvvəlki görüşlərə gəldikdə, 3-cü pillədəki "Valensiya" da məğlub olub. "Yarasalar" səfərdə "Osasuna"ya minimal hesabla uduzublar. Bu isə bürünc medallara iddialı "Vilyarreal"ın "Xetafe" üzərində qələbə sayəsində "Valensiya" ilə xal fərqini 3-ə endirməsinə səbəb olub. Çempionluq uğrunda mübarizə aparan "Barselona" və "Real Madrid" ortabab komandalara uduzub. Kataloniya komandası "Real Sosyedad"la səfər matçında yenilib. Bu, "Barsa"nın çempionatda ikinci məğlubiyyəti olub. "Kral klubu" isə öz meydançasında "Saraqosa" önündə aciz qalıb. Günün son matçında "Deportivo" "Atletiko"ya uduzub. Meydan sahibləri oyunun son yarım saatını azlıqda keçiriblər. Bundan yararlanan qonaqlar Serxio Aqüeronun qolu ilə qələbəyə nail olublar.

İspaniya çempionatı, 34-cü tur

"Real Madrid" - "Saraqosa" - 2:3
Qollar:
Serxio Ramos, 62. Kərim Benzema, 85 - Anxel Lafita, 41; 77. Qabi Fernandes, 55-pen.

"Real Sosyedad" - "Barselona" - 2:1
Qollar: Dieqo İfran, 71. Xabyer Prieto, 82-pen. - Tiaqo Alkantara, 29

"Deportivo" - "Atletiko" - 0:1
Qol:
Serxio Aqüero, 80

"Rasinq" - "Malyorka" - 2:0
Qollar:
Markus Rozenberq, 13. Kennedi Bakirçioğlu, 43

"Almeriya" - "Sevilya" - 0:1
Qol:
Renato, 58

"Levante" - "Sportinq" - 0:0

"Vilyarreal" - "Xetafe" - 2:1
Qollar:
Kani, 61. Cüzeppe Rossi, 74 - Pedro Rios, 31

"Osasuna" - "Valensiya" - 1:0
Qol:
Alvaro Sexudo, 59
"Malaqa" - "Erkules" - 3:1
Qollar:
Julio Baptişta, 5; 76. Salomon Rondon, 73 - Nelson Valdes, 4
Penaltini vura bilməyib:
Aponyo, 68 ("Malaqa")


Bütün xəbərlər Facebook səhifəmizdə