“Qəbələ” “Neftçi”ni futbol tarixində rüsvay etdi!

“Qəbələ” “Neftçi”ni futbol tarixində rüsvay etdi!

Bu gün futbol üzrə Topaz Premyer Liqasında IV turun daha bir oyunu baş tutub. Apasport.az saytının məlumatına görə, ikinci oyun da Masazırda keçirilib. Belə ki, "Qəbələ" ilə qarşılaşan "Neftçi" satdionunda həyata keçirilən bərpa işləri ilə əlaqədar "Əlincə Arena"ya sığınıb.

Çempionata uğursuz start verən və ilk 3 turda bir qələbə və 2 məğlubiyyət alan "ağ-qaralar" bu dəfə daha ağır zərbəyə məruz qalıb. Əyalət klubu ilə oyunda paytaxt təmsilçisi uzun zaman unuda bilməyəcəyi nəticə ilə ayrılıb. Roman Qriqorçukun komandası rəqibini meydana çıxmağına peşman edib - 8:0.

5-ci dəqiqədə Dabonun hesabı açmasından 10 dəqiqə sonra fərq 3 qol, ilk yarının tamamında isə artıq 5:0 idi. İkinci hissədə daha 3 qol vuran nominal qonaqlar fərqi faciəvi həddə çatıdırıb.

Topaz Premyer Liqası

IV tur

10 sentyabr (şənbə)

"Neftçi" – "Qəbələ" - 0:8

Qollar: Dabo, 5, 16, 69, Vernidub, 10, Ozobiç, 29, Ruslan Qurbanov, 45, 82, Stankoviç, 78

Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Elman Musayev, Nahid Əliyev
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Rauf Cabbarov
"Əlincə Arena"

"Neftçi": 1.Krşevan Santini,3 Jairo, 4.Rahil Məmmədov, 7.Araz Abdullayev (K), 9.Katalin Tira, 17.Rəhman Hacıyev, 27.Məqsəd İsayev, 30.Dario Melnyak, 80.Edson Kastilyo, 95.Elvin Bədəlov, 99.Denilson.

Ehtiyat oyunçular: 53.Maksim Vaylo, 41.Ömər Buludov, 26.Kamal Qurbanov, 20.Eltun Yaqublu, 19.Fəhmin Muradbəyli, 10. Cavid Imamverdiyev, 5.Anton Krivotsyuk

Məşqçi: Tofiq Mustafayev

"Qəbələ": 22. Dmitri Bezotosnı, 3. Voislav Stankoviç, 4. Elvin Camalov, 6. Rəşad Sadiqov (k), 10. Ruslan Qurbanov, 11. Asif Məmmədov, 15. Vitali Vernidub, 17. Məhəmməd Mirzəbəyov, 18. Baqali Dabo, 19. Filip Ozobiç, 20. Rikardinyo
Ehtiyat oyunçular: 33. David Pietrzikeviç, 7. Nika Kvekveskiri, 8. Qismət Alıyev, 9. Sergey Zenyov, 13. Murad Musayev, 30. Petar Franyiç, 34. Urfan Abbasov
Baş məşqçi: Roman Qriqorçuk

Bütün xəbərlər Facebook səhifəmizdə