Patrik Hikkinin saxlanıldığı görüntülər

Patrik Hikkinin saxlanıldığı görüntülər

İnternet səhifələrində Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin həbsinin görüntüləri yayımlanıb. SİA-nın məlumatına görə, həbs Rio-de-Janeyrodakı otellərdən birində hayata keçirilib. Bu zaman P.Hikki hamam xalatında olub. Xarici KİV-lər bildirir ki, qanunsuz biletlərin satışında ittiham edilən P.Hikki həbsdən öncə qaçmağa cəhd edib.

Onun Avropa Olimpiya Komitəsinin (AOK) və İrlandiya Milli Olimpiya Komitəsinin prezidenti vəzifəsində səlahiyyətləri müvəqqəti olaraq dondurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə