Ünal Aysal Mirça Luçeskunu yenidən \"Qalatasaray\"a gəlməyə razı salıb

Ünal Aysal Mirça Luçeskunu yenidən \"Qalatasaray\"a gəlməyə razı salıb

İstanbulun \"Qalatasaray\" futbol klubunun prezidentliyinə əsas namizəd olan Ünal Aysal, \"Şaxtyor\"un hazırkı baş məşqçisi Mirça Luçeskunu yenidən \"cim-bom\"a qaytaracağı ilə bağlı söylədiyi vədini reallaşdırmağa başlayıb. Siasport.az saytı xəbər verir ki, Türkiyənin ən zəngin iş adamlarından sayılan 70 yaşlı Ü.Aysal, sən demə M.Luşesku ilə danışıqlar aparmaq üçün nümayəndələrini İspaniyanın Barselona şəhərinə yollayıbmış. Bir neçə gün bundan əvvəl Çempionlar Liqasının1/4 final mərhələsində \"Barselona\" ilə qarşılaşmaq üçün komandası ilə birlikdə İspaniyada olan M.Luçesku, \"Barselona\" klubu ilə keçirilən qarşılaşmadan sonra Ü.Aysalın təmsilçiləri ilə görüşərək yenidən \"Qalatasaray\"ın baş məşqçisi postuna dönməklə bağlı onun təklifini müzakirə edib. Məlumata əsasən, gizli keçirilən toplantıda Ü.Aysalın təmsilçiləri rumuniyalı futbol mütəxəssisinə 3 il zəmanətli olmaq şərti ilə 5 illik müqavilə bağlamağı təklif ediblər. Məlumata əsasən, müqavilənin maliyyə dəyəri M.Luçeskunun hazırda \"Şaxtyor\"da aldığı məvacibdən 3-4 dəfə yüksəkdir. Türkiyə mediyası xəbər verir ki, M.Luçesku konkret olaraq \"hə\" deməsə də, düşünmək üçün mayın 17-dək vaxt istəyib. Həttda növbəti görüşdə danışıqlar aparmaq üçün konkret məsələlər də qətiləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə