9 qızıl, 3 gümüş, 8 bürünc medal

9 qızıl, 3 gümüş, 8 bürünc medal
Ukraynanın Xarkov şəhərində keçirilən kempo-karate və kobudo üzrə Avropa çempionatı başa çatıb. Siasport.az saytı verir ki, Azərbaycan idmançıları uğurlu çıxış edərək komanda hesabnda 16 dövlət arasında ikinci yeri tutublar. Birinci yeri Ukrayna yığması, 3-cü yeri Rusiya, sonrakı yerləri isə Macarıstan, Portuqaliya, Almaniya komandaları tutublar.

Bu yarışlarda idmançılarımız 9 qızıl, 3 gümüş, 8 bürünc medal əldə ediblər. Qismət Cəbizadə (40 kq), Ümid Əliyev (65 kq), İsrail Əsgərov (86 kq), Vüqar Həziev, Əbülfəz Abdullayev (60 kq), Mahir İsmayılov (69 kq) ən yaxşı nəticə göstərərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Hüseyn Balakişiyev isə 3 növ üzrə - layt-kontakt, kato, kempo yarışlarında qızıl medala sahib olub. Yarışda iştirak edən digər karateçilərimiz Telman Fərməzov (60 kq), Nurəli Məmmədov (75 kq) və İsrail Əsgərov (85 kq) gümüş medal qazanıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com