Elmar Qasımov "Rio-2016"da mükafatlandırıldı FOTOLAR

Elmar Qasımov "Rio-2016"da mükafatlandırıldı FOTOLAR

Azərbaycan cüdoçusu Elmar Qasımov "Rio-2016"da Azərbaycan millisinin aktivinə ikinci gümüş medalı yazdırıb. SİA-nın məlumatına görə, 100 kiloqram çəki dərəcəsində mübarizə aparan E.Qasımov finalda 2014-cü ilin dünya və Avropa çempionu çexiyalı Lukas Krpalekə uduzaraq XXXI Yay Olimpiya Oyunlarını gümüş medalla başa vurub.

XXXI Yay Olimpiya Oyunlarının altıncı günündə - avqustun 11-də mübarizəyə qoşulan E.Qasımov 1/16 final mərhələsində Rusiya təmsilçisi, Avropa, dünya və Olimpiya çempionu Tahir Xaybulayevi məğlub edib. Səkkizdəbir finalda Lyes Bouyakoubu (Əlcəzair) mübarizədən kənarlaşdıran E.Qasımov dörddəbir finalda Afrika çempionatının qalibi misirli Ramadan Dərvişi məğlub edərək yarımfinala vəsiqə qazanıb. Azərbaycan idmançısı bu mərhələdə ukraynalı Artem Bloşenkoya qalib gələrək finala yüksəlib.

Rio Olimpiadasında cüdoçularımızdan Rüstəm Orucov (73 kq) avqustun 8-də Azərbaycana gümüş medal qazandırmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə