"Qəbələ" 8-ci km stadionunda oynamaqdan imtina edib

"Qəbələ" 8-ci km stadionunda oynamaqdan imtina edib
"Qəbələ"nin Avropa Liqasının pley-off mərhələsində "Maribor"la Bakıda keçirəcəyi oyunun yeri dəyişdirilib. SİA-nın məlumatına görə, klubun mətbuat xidmətindən bildirlib ki, oyun əvvələcədən nəzərdə tutulduğu kimi 8-ci km qəsəbə stadionunda keçirilməyəcək. Stadionun ot örtüyünün yarasız vəziyyətdə olduğu üçün "Qəbələ" klubu orada oynamaqdan imtina edib.

Qarşılaşma böyük ehtimalla "Dalğa Arena"da keçiriləcək.

Qeyd edək ki, avqustun 18-də keçiriləcək "Qəbələ" – "Maribor" oyunu saat 21:00-da başlayacaq. //Qol.az

Bütün xəbərlər Facebook səhifəmizdə