Rail Məlikov: "Respublika stadionunda əsl futbol atmosferi vardı"

Rail Məlikov: "Respublika stadionunda əsl futbol atmosferi vardı"

""Qarabağ"la görüşdən öncə çox insan belə bir fikir söyləyirdi ki, "Neftçi"-"Qarabağ" qarşılaşması çempionluğun taleyini 50 faiz həll edən matçdır. Həqiqətəndə meydanda azarkeşlər əsl futbol oyununun şahidi oldular". Siasport.az saytı xəbər verir ki, bu barədə flaqmanın kapitanı Rail Məlikov açıqlama verib. O, matçda yüksək əzmkarlıq nümayiş etdirərək, 3 xal qazandıqlarını, yaxın izləyicilərini 6 xal qabaqladıqlarını və final mərhələsində bu fərqin heç də az olmadığını deyib: "Buna baxmayaraq, hər görüşdə bütün gücümüzü ortaya qoyaraq, qələbə qazanmalıydıq. Respublika stadionunda əsl futbol atmosferi vardı. Son vaxtlar Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının rəhbərliyi, şəxsən təşkilatın prezidenti Rövnəq Abdullayev tərəfindən ölkə futbolunun inkişafına yüksək diqqət və qayğı göstərilir. Bu gün (dünən) Rövnəq müəllimin ad günüdür. Mən həm milli komandanın oyunçusu, həm də "Neftçi" klubunun kapitanı olaraq bütün futbolçular adından AFFA prezidentini təbrik edirəm və Rövnəq müəllimə futbolumuzun inkişafı yolunda daha böyük uğurlar arzulayıram".

Bütün xəbərlər Facebook səhifəmizdə