"Neftçi" La Liqadan futbolçu transfer etdi

"Neftçi" La Liqadan futbolçu transfer etdi

"Neftçi" daha bir futbolçu ilə güclənib. Paytaxt klubu İspaniyanın "Qranada" klubunun braziliyalı yarımmüdafiəçisi Denilson Pereyranı icarəyə götürüb. 21 yaşlı cinah oyunçusu "Qranada"nın ikinci komandasında 38 oyuna 10 qol vurub. İspaniya mətbuatının məlumatına görə, intizamsızlığına görə cəzalanan futbolçu əvəzedici komandaya da buna görə göndərilibmiş. Denilson "Neftçi" ilə mövsümün sonunadək müqavilə bağlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə