"Qarabağ" və "Qəbələ"nin rəqibləri müəyyənləşdi

"Qarabağ" və "Qəbələ"nin rəqibləri müəyyənləşdi

Bu gün İsveçrənin Nyon şəhərində UEFA Avropa Liqasında 2016-2017-ci il mövsümünün pley-off mərhələsinin püşkü atılıb. SİA-nın məlumatına görə, Azərbaycanın bu turnirdəki təmsilçiləri - "Qarabağ" və "Qəbələ" klublarının da pley-off mərhələsindəki rəqibləri müəyyənləşib.

Püşkatmada 44 klub sahib olduqları əmsallara görə "səpələnmişlər" və "səpələnməmişlər" olmaqla iki əsas qrupa bölünüb. "Səpələnmişlər" qrupunda yer alan "Qarabağ" klubunun pley-off mərhələsindəki rəqibi İsveçin "Qöteborq" klubudur.

"Səpələnməmişlər" qrupunda qərarlaşan "Qəbələ" isə pley-off mərhələsində Sloveniyanın "Maribor" klubu ilə qarşılaşacaq.

UEFA Avropa Liqasının pley-off mərhələsinin oyunları avqustun 18-də və 25-də keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə