Cüdoçularımız Avropa kuboku yarışlarında 16 medal qazanıblar

Cüdoçularımız Avropa kuboku yarışlarında 16 medal qazanıblar

Antalyada yeniyetmələr arasında keçirilən cüdo üzrə Avropa kuboku yarışlarında Azərbaycan idmançıları 16 medal qazanıblar. Siasport.az saytı xəbər verir ki, finalda komanda yoldaşı Elbrus Zamanova qalib gəlmiş İsgəndər Talışınski (55 kq) birinci yeri tutub. Bu çəki dərəcəsində bürünc medalın sahibi də həmyerlimiz Əlfani Qardaşxanzadə olub.

Öz çəki dərəcələrində Sadiq Məhərrəmov (50 kq), Eşqin Məmmədov (60 kq) və Cəlil Şükürov (90 kq) gümüş, Nəzakət Məhərrəmova (48 kq), Fəridə Həsənxanova, Əfsanə Hüseynova ( hər ikisi 52 kq), Mirsədi Həsənli, Cavidan Ümüdov (hər ikisi 50 kq), Rəşad Rufullayev (60 kq), İslam Abdurəhimzadə ( 66 kq), Firuddin Dadaşov (73 kq), Qurban Qurbanov (81 kq) və Zaur Hüseynli (90 kq-dan artıq) isə bürünc medal qazanıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə