Azad Rəhimov Gürcüstana gedəcək

Azad Rəhimov Gürcüstana gedəcək

Azərbaycan tərəfindən Gürcüstan Respublikasında azərbaycanlıların yaşadıqları Marneuli rayonunda idman mərkəzi inşa edilib. Siasport.az saytı xəbər verir ki, mərkəzin açılışı münasibəti ilə Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov 21 mart 2011-ci il tarixində oraya yollanacaqdır.

Böyük sevinc hissi ilə qeyd olunan "Novruz" bayramında mərkəzin açılışına və eyni zamanda Azərbaycan xalqını təbrikə Gürcüstan Respublikasının prezidenti Mixayıl Saakaşvilinin də gəlişi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə