“Mançester Yunayted” ¼ finalda rəqibini gözləyir!

“Mançester Yunayted” ¼ finalda rəqibini gözləyir!

Dünən axşam Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab qarşılaşmasında İngiltərənin "Mançester Yunayted" futbol klubu "Old Trafford" stadionunda Fransanın "Olimpik Marsel" futbol klubunu qəbul edib.Siasport.az saytı xəbər verir ki, Fransada keçirilən ilk qarşılaşmada tərəflər meydandan 0:0 bərabəliklə ayrılıblar. Amma cavab qarşılaşmasında ingilis təmilçisi növbəti mərhələyə çıxmaq üçün mütləq qələbə qazanmalı idi ki, "qırmızı şeytanlar" bunun da öhdəsindən ustalıqla gəliblər. Oyunun 5-ci və 75-ci dəqiqələrində Xavier Hernandesin qolları ilə qələbəni təmin edən ingilis nəhəngi, yalnız qarşılaşmanın 82-ci dəqiqəsində Ves Brovninin aftoqoluna üzülüb.Amma, qarşılaşmada heç nəyi dəyişməyib. Beləliklə "Mançester Yuneyted" sensasiyaya imkan verməyərək ¼ final qarşılaşmasında öz rəqibini gözləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə