Sumo üzrə Bakı şəhər açıq birinciliyi keçirilib

Sumo üzrə Bakı şəhər açıq birinciliyi keçirilib
Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin keçirdiyi tədbirlər planına müvafiq olaraq Sumo Federasiyasının təlim-məşq bazasında kadetlər (1995-97-ci il təvəllüdlü) və yeniyetmələr (1993-94-cü il təvəllüdlü) arasında sumo üzrə Bakı şəhər açıq birinciliyi keçirilib. Siasport.az saytı xəbər verir ki, yarışda 11 idman cəmiyyətindən 150 nəfər idmançı içtirak edib. Yarışda kadetlər 45 kq, 55 kq, 65 kq, 75 kq, +75 kq, yeniyetmələr isə 60 kq, 70 kq, 80 kq, 90 kq, +90 kq çəki dərəcələrində mübarizə aparıblar. Birincilikdə kadetlər arasında 45 kq çəki dərəcəsində I yerə Babaəli Abbasov, 55 kq çəki dərəcəsində Sərdar Səfixanov, 65 kq çəki dərəcəsində Həsən Ağazadə, 75 kq çəki dərəcəsində Seymur İbrahimov, +75 kq çəki dərəcəsində Rafət Məmmədli, yeniyetmələr arasında isə 60 kq çəki dərəcəsində Fərzəli Ayralov, 70 kq çəki dərəcəsində Fərid Əhmədov, 80 kq çəki dərəcəsində Pərviz İlyasov, 90 kq çəki dərəcəsində Rəsul Eldarzadə, +90 kq çəki dərəcəsində Dəyanət İbrahimov layiq görülüb. Hər çəkidə 1-10 yerləri tutmuş idmançılar Azərbaycan birinciliyində iştirak etmək hüququ qazanıblar.

I, II və III yeri tutmuş idmançılar Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunublar..

Bütün xəbərlər Facebook səhifəmizdə