Mahir Şükürov "Neftçi"yə təşəkkür etdi

Mahir Şükürov "Neftçi"yə təşəkkür etdi
"Bildiyiniz kimi, zədə səbəbindən "Anji"nin heyətində yer ala bilmirəm. Bu məqsədlə vətənə qayıtdım". Siasport.az saytı xəbər verir ki, bu sözləri yığmamızın üzvü Mahir Şükürov deyib. O, həkim müayinəsindən sonra həkimlərin məşq edə biləcəyini bildirdiyini qeyd edib. "AFFA rəhbərliyi və yığmamızın baş məqşçisi Berti Foqts məşq etməyim üçün "Neftçi" PFK-nın rəhbərliyinə və baş məşqçi Arif Əsədova müraciət etdi. Sağ olsunlar, onlar da bu müraciəti müsbət cavabladılar. Hazırda "Neftçi"nin düşərgəsində məşq edirəm. Buna görə, "Neftçi" rəhbərliyinə, məşqçilərə və futbolçulara öz təşəkkürümü bildirirəm", -deyə futbolçu əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə