Çempionlar Liqası: “Tottenhem” və “Şalke-04” növbəti mərhələdə!

Çempionlar Liqası: “Tottenhem” və “Şalke-04” növbəti mərhələdə!

Çempionlar Liqasının 1/4 final mərhələsinin daha iki iştirakçısının kimliyinə də dünən axşam keçirilən qarşılaşmalardan sonra aydınlıq gəlib. Siasport.az saytı xəbər verir ki, "Veltins Arena"da İspaniyanın "Valensiya" klubunu qəbul edən Almaniyanın "Şalke-o4" futbol klubu rəqibini öz meydanında 3:1 hesabı ilə məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb. Hərçənd qarşılaşmaya qonaqlar daha aktiv başlayıblar. Qarşılaşmanın 17-i dəqiqəsində türkiyəi forvard Mehmet Topalın gözəl ötürməsini dəyərləndirən Rikardo Koşta topu qapıya göndərərək komandasını rəqib meydanında 1:0 hesabı ilə önə çıxarıb. Amma almanlar ruhdan düşməyərək qarşılaşmanın 40-cı, 49-cu və 52-ci dəqiqələrində ardıcıl 3 qol vuraraq ispan qonaqları Çempionlar Liqasından uzaqlaşdırıblar.
Çempionlar Liqasının digər bir cavab qarşılaşması isə İngiltərədə oynanılıb. Belə ki, "Tottenhem" futbol klubu İtaliya A Seriyasının hazırkı lideri "Milan"ı qəbul edib. İtaliyada keçirilən ilk gərgin və qalmaqallı qarşılaşmada ingilislər 1:0 hesabı ilə qələbə qazandıqlarına görə, bu oyunda da üstün tərəf kimi onlar göstərilirdi. İtalyan klubunun hədsiz hücumlarına və fəallıqına baxmayaraq bu qarşılaşmada hesab açılmayıb və iki oyunun nəticəsinə görə "Tottenhem" adını növbəti mərhələyə yazdırıb. Xatırladaq ki, Çempionlar Liqasının ¼ final mərhələsinin püşkatma mərasimi martın 18-də İsveçrənin Nyon şəhərində keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə