Qarabağ" Çempionlar Liqasında mərhələ adladı

Qarabağ" Çempionlar Liqasında mərhələ adladı

Dünən futbol üzrə UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyunları keçirilib. SİA xəbər verir ki, son Azərbaycan çempionu "Qarabağ" dünən növbəti matçına çıxıb. Ağdam təmsilçisi Lüksemburqda "Düdelanj"lın qonağı olub. Bakıda rəqibinə 2:0 hesabı ilə qalib gələn "Qarabağ" cavab qarşılaşmasında heç-heçə edib - 1:1. Bu nəticə ilə Ağdam klubu növbəti mərhələyə yüksəlib. Qeyd edək ki, "Qarabağ" III təsnifat mərhələsində Çexiyanın "Viktoriya" klubu ilə qarşılaşacaq.

20 iyul

Çempionlar Liqası, II təsnifat mərhələsinin cavab oyunu

20:00. "Düdelanj" (Lüksemburq) - "Qarabağ" (Azərbaycan) - 1:1

Qollar: Ndaye, 72 (1:0), Reynaldo, 90+4 (1:1)
Reallaşdırılmayan penalti: Turpel, 37 ("Düdelanj") - qapıçı
İlk oyun - 0:2
Baş hakim: Kevin Klansi
Köməkçi hakimlər: Stevenson Styuart və Karr Sin
Dördüncü hakim: Robertson Donald (hamısı Şotlandiya)
"Jos Nosbaum" stadionu.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня