Qadın güləşçilərimiz İsveçdən 3 qızıl və 1 bürünc medalla qayıdır

Qadın güləşçilərimiz İsveçdən 3 qızıl və 1 bürünc medalla qayıdır

5-6 mart 2011-ci il tarixdə İsveçin Klippan şəhərində qadın güləşi üzrə Beynəlxalq Turnir keçirilib. Siasport.az saytı xəbər verir ki, turnirdə iştirak edən qadın güləşi yığmamız 3 qızıl və 1 bürünc medal qazanıb.

Finalda mübarizə aparan üç təmsilçimizdən Anjela Doroqan (51 kq) yapon güləşçisini, Yuliya Ratkeviç (59 kq) macar, Nadya Sementsova (67 kq) isə norveçli güləşçini məğlub edərək turnirin qızıl medalını qazanıb. Böyük məşqçi Kurban Kurbanov rəhbərlik etdiyi komandamızın hesabına bürünc medalı 48 kq çəkidə mübarizə aparan Patimat Baqomedova qazandırıb.

Turnirdə beynəlxalq dərəcəli hakim Asif Şirəliyev görüşlərin idarə edilməsində iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə