“Fənərbağça” "qoca"nı heyətinə cəlb edir

“Fənərbağça” "qoca"nı heyətinə cəlb edir

Türkiyənin "Fənərbağça" klubu daha bir futbolçunu heyətinə cəlb edir. İstanbul klubu "Liverpul"un futbolçusu Martin Şkrteli transfer edir. Artıq tərəflər arasında razılıq əldə olunub. İyulun 11-də slovakiyalı müdafiəçinin İstanbula gələrək müqavilə imzalayacağı gözlənilir.

Qeyd edək ki, 32 yaşlı futbolçu 2008-ci ildən "Liverpul"un şərəfini qoruyur.

Bütün xəbərlər Facebook səhifəmizdə