Namiq Ələsgərov fiziyoterapevt nəzarəti altında məşq edir

Namiq Ələsgərov fiziyoterapevt nəzarəti altında məşq edir

"Qarabağ" klubu Avstriyada təlim-məşq toplanışını davam etdirir. SİA-nın məlumatına görə, komanda hazırlığın yeddinci gününü bir məşqlə başa vurub. Axşam saatlarında baş tutan məşqdə bütün futbolçular iştirak edib. Zədəli futbolçu Namiq Ələsgərov isə fiziyoterapevt nəzarəti altında çalışmasını davam etdirib. Məşqdə fiziki və taktiki çalışmalara üstünlük verilib. Komandanın hazırlığı 1 saat 45 dəqiqə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə