"Neftçi" "Rudar"ı məğlub etdi

"Neftçi" Türkiyənin Antalya şəhərindəki ikinci hazırlıq prosesində son yoxlama oyununu keçirib. Siasport.az saytı xəbər verir ki, flaqman Çernoqoriya çempionu "Rudar"ı 2:1 hesabı ilə məğlubiyyətə uğradıb. Bu görüşü "Neftçi" PFK-nın prezidenti Sadıq Sadıqov da izləyib. "Neftçi"dən Bahodir Nasimovla Rəşad Abdullayev, rəqibdən isə İvanoviç fərqlənib.

"Neftçi" - "Rudar" 2:1

Qollar: B.Nasimov, 45. R.Abdullayev, 47 (2:0). B.İvanoviç, 62 (2:1).

"Neftçi"nin start heyəti: Rauf Mehdiyev, Ruslan Əmircanov, Denis Silva, İqor Mitreski, Tərlan Quliyev, Slavço Georgievski, Mirhüseyn Seyidov, Rəşad Abdullayev, Cavid İmamverdiyev, Flavinyo, Bahodir Nasimov.

"Rudar"ın start heyəti: Milan Miyatoviç, Stefan Lutovaç, Bojan İvanoviç, Milivoye Mrdak, İvitsa Françiskoviç, Adziç Vladan, Duşan Miçiç, Predraq Brnoviç, Miroye Yovanoviç, İvitsa Yovanoviç, Veselin Boyiç.

Bütün xəbərlər Facebook səhifəmizdə