Azərbaycan futbol ailəsinin 95000-ci üzvü FOTO

Azərbaycan futbol ailəsinin 95000-ci üzvü FOTO

Xəbər verdiyimiz kimi, 2009-cu ilin yanvar ayından etibarən AFFA tərəfindən futbolla məşğul olan şəxslərin - futbolçuların, məşqçilərin və digər texniki işçilərin - qeydiyyat sistemi yaradılıb. SİA-nın məlumatına görə, artıq bu sistemdə qeydiyyata alınanların sayı 95 min nəfərə çatıb. Azərbaycan futbol ailəsinin qeydiyyatdan keçən 95000-ci üzvü "Coca-Cola Məktəbli Kuboku" turnirində çıxış edən Sabirabad rayon N.Həmidov adına Axıska kənd orta məktəbin 7-cı sinif şagirdi Kamal Bektemir oğlu Muradovdur.

Bütün xəbərlər Facebook səhifəmizdə