Atletika üzrə Bakı şəhər çempionatı keçirilib

Atletika üzrə Bakı şəhər çempionatı keçirilib

Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin həyata keçirdiyi tədbirlər planına müvafiq olaraq Respublika Olimpiya Mərkəzində atletika üzrə Bakı şəhər çempionatı keçirilib. Siasport.az saytı xəbər verir ki, yarışda Bakı şəhərində yerləşən 7 idman cəmiyyəti və klublarını təmsil edən 137 idmançı (onlardan 43 nəfəri qadın) iştirak edib. Yarış atletika idman növünə daxil olan 60 m, 200 m, 400 m, 800 m, 1500 m və 3000 m məsafəyə qaçış, 60 m sədlərlə qaçış, 4x200 m qaçış, estafet qaçışı, şüvüllə tullanma, hündürlüyə tullanma, uzunluğa və üçtəkanla tullanma, eləcə də yadro itələmə növləri üzrə təşkil edilib.

Kişilər arasında yarışda hündürlüyə tullanmada 1-ci yerə Azər Əhmədov (Neftçi İSM), uzunluğa tullanmada Rəhim Rüstəmov (BTİ), 200 m məsafəyə qaçışda Pavel Setin (Ümid İK), 3000 m məsafəyə qaçışda Cavıd Abdullayev (Neftçi İSM), 800 m məsafəyə qaçışda Anar Yusifov(Neftçi İSM), yadro üzrə Tofiq Məmmədov (Təhsil RİM), şüvüllə tullanmada Ceyhun Hüseynov (Neftçi İSM), 60 m sədlərlə qaçışda Rahib Məmmədov (Ümid İK), 1500 m məsafəyə qaçışda Cavid Abdullayev (Neftçi İSM), üçtəkanla tullanmada Murad İbadullayev (Atletika İK), 60 m məsafəyə qaçışda Valentin Buliçev (Neftçi İSM), 400 m məsafəyə qaçışda Hakim İbrahimov (Neftçi BTİ), 4x200 m estafet qaçışında Neftçi İSM komandası layiq görülüb.

Qadınlarda isə hündürlüyə tullanmada I yerə Birynkova Aleksandra (BTİ), uzunluğa tullanmada Yekaterina Sarıyeva (Atletika İK-BTİ), 200 m məsafəyə qaçışda Alyona Setina (Ümid İK), 800 m məsafəyə qaçışda Mahirə İsmayılova (Neftçi İSM), yadro üzrə Raqnetta Qurbanova (Təhsil RİM), şüvüllə tullanmada Ayşə İsmayilova (Təhsil RİM), 1500 m məsafəyə qaçışda Yana Zəhrəddinova (Məhsul İC), üçtəkanla tullanmada Yekaterina Sarıyeva (Atletika İK-BTİ), 60 m məsafəyə qaçışda Lidiya Buqlak (Ümid İK), 400 m məsafəyə qaçışda Mahirə İsmayılova (Neftçı İSM), 60 m sədlərlə qaçışda Yuliya Kolobatskaya, 4x200 m estafet qaçışında BTİ komandası layiq görülüb.

Hər növ üzrə I, II və III yerləri tutmuş idmançılar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlarla və xatirə hədiyyələri ilə təltif olunublar.

Bütün xəbərlər Facebook səhifəmizdə